Search
unibank_100414 (1)

Unibank-ın kreditləri daha sərfəli oldu

İndi Unibank-dan götürülən hər 1000 manat kreditə görə aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır.

Trend-ə bankdan daxil olan məlumata görə, artıq bankdan daha yüksək məbləğdə və daha sərfəli şərtlərlə kreditlər götürmək mümkündür. Bank müştəriləri üçün kreditin maksimal məbləğini 7.500 AZN-dən 10.000 AZN-ə qaldırıb. Üstəlik, Unibank-dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əməkhaqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əməkhaqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, Unibank-dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

“Unibank” hazırda 35 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud “facebook” səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir