Search
03bbca07b9a10f36140d79b5d3e10174_XL

Zərərlə işləyən banklar daha da artdı

2014-cü ilin mart ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 34-ü mənfəətlə, 9-u zərərlə işləyib. Halbuki, ötən ilin anoloji dövründə, həmçinin bu ilin yanvarında 38 bank mənfəətlə, 5-i zərərlə işləyirdi.

“kreditxeber” Mərkəzi Banka istinadən xəbər verir ki, 2014-cü ilin fevral ayında mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 115.55 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun zərəri isə 26.43 milyon manat təşkil edib. Nəticədə bank sisteminin yekun mənfəəti 89.12 milyon manat təşkil edib, bu da 2013-cü ilin fevralı ilə  müqayisədə 44,4% çoxdur.

Bank sisteminin zərərlə işləyən banklar üzrə zərəri ötən ilin fevralı ilə müqayisədə 6,7 dəfə artıb. Belə ki, ötən ilin fevralında zərərlə işləyən banklar üzrə zərər cəmi 4,23 milyon manat təşkil edirdi.

Zərərlə işləyən banklar üzrə zərərin artmasına baxmayaraq, mənfəətlə işləyən bankların mənfəəti artıb, nəticədə də  bank sisteminin yekun mənfəəti artmışdır. Mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti ötən ilin fevrlı ilə müqayisədə  49,62 milyon manat və ya 75% artaraq 115.55 milyon manat təşkil etmişdir. Yəni, bəzi banklar daha çox qazanmağa, bəziləri isə daha çox zərər etməyə başlayıb.

Azərbaycanda axırıncı dəfə ən çox zərərlə bank 2012-ci ilin dekabrında fəaliyyət göstərmişdi. Həmin vaxt 10 bank zərərlə işləmişdi. 2013-cü ilin yayında isə zərərlə işləyən bankların sayı 3-ə qədər azalmışdı.

Qeyd edək ki, Azərbaycanın bank sistemi 2011-ci ili 158,99 milyon manat zərərlə, 2012-ci ili 130,01 milyon manat, 2013-cü ili isə 267.57 milyon manat mənfəətlə başa vurmuşdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir