Search
demirbank-logo-yeni_07102010

Dəmirbank-dan iş elanı.

“Dəmirbank” kredit öhdəliklərinin monitorinqi üzrə anderrayter vəzifəsinə işə qəbul elan edib. Fins.az – ın banka istinadən yaydığı məlumata görə, namizədlər kişi cinsindən, 20-27 yaşında, ali iqtisadi təhsilli olmalı, MS Office (Word , Excel,  Power Point) proqramlarında işləməyi bacarmalıdır. Rus və ingilis dillərini bilmək arzuolunandır. Biznes kredit sahəsində minimum 1 il iş təcrübəsi vacibdir.

Əsas vəzifə öhdəlikləri:
– Altı Aydan bir keçirilən, filiallardan daxil olan mikro və kiçik kreditlərin monitorinq hesabatlarının yoxlanması;
– Orta və iri kreditlərin monitorinqi, əvvəlki məlumatlarla müqayisəli təhlilin aparılması , dəyişiklərin müşahidə edilməsi;
– Reytinq sistemi ilə borcalanın yenidən qiymətləndirməsinin  aparılması, edilmiş monitorinqlər  üzrə sistemləşdirilmiş yekun hesabatın hazırlanması, monitorinq işinin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi və qeyd olunmuş işlə əlaqədar yaranacaq digər işlərin görülməsi.

Maraqlananlar CV formalarını hr@demirbank.az ünvanına göndərə bilərlər. Müraciət məktubunun mövzusunda vəzifənin adı göstərilməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir