Search
pul

Əhaliyə 16 milyard kredit verilib – AZƏRBAYCANDA

Azərbaycanda maliyyə-kredit təşkilatları aprelin ayının 1-ə kimi hüquqi və fiziki şəxslərə ötən ilin müvafiq dövründə olduğundan 28,0 faiz çox və ya 15,9 milyard manat məbləğində kredit ayırıblar . Kreditxəbərin xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Verilmiş kreditlərin 77,8 faizi uzunmüddətli xarakter daşıyıb. Lakin 5,4 faizinin ödəmə vaxtı keçib.

 Əmanətlərə gəlincə Komitədən bildirilib ki,  əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artaraq aprelin 1-ə 6,7 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 4,1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2,6 milyard manat olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir