Search
fa5289a4b98f3b20a4806791c7c2906d_XL

Pul bazasında artım olub

2016-cı ilin Fevral ayında pul bazası 601,1 milyon manat artıb.

Mərkəzi Bankın verdiyi məlumata əsasən 29.02.2016-cı il tarixinə pul bazası 6 milyard 388, 5 milyon manat təşkil edib. Bu göstərici Yanvarın sonunda 5 milyard 787,4 milyon manat idi.

Pul bazası dedikdə – Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

 Pul bazası

29.02.2016 6388.5
29.01.2016 5787,4
30.12.2015 6901,8
30.11.2015 6730.6
30.10.2015 7055.9
30.09.2015 7050.4
31.08.2015 6352.1
31.07.2015 7467.5
30.06.2015 7487.0
29.05.2015 7597.3
30.04.2015 7418.6
31.03.2015 8339.4
28.02.2015 9109.9
31.01.2015 10551.0



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir