Search
525483_474037

BVF: “Mərkəzi Bank xarici valyutada olan aktivləri yerli banklara ötürməlidir”

Manatın məzənnəsinin aşağı düşməsi Azərbaycanda inflyasiyanı yüksəldib.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, bu il inflyasiyanın ikirəqəmli həddə yüksələcəyi proqnozlaşdırılır ki, bu isə son 15 ildə ən yüksək göstəricidir.

“Manatın dəyərsizləşməsi bankların balans hesablarına da təsir edib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir və yerli valyutaların məzənnələrinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik dollarlaşma səviyyəsini son günlərdə bir qədər də yüksəldib”, – deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri tövsiyə edir ki, bu ölkələrin Mərkəzi Bankları xarici valyutada olan aktivləri yerli bank sisteminə ötürsün.

“2016-cı ildə hökumət ictimai infrastruktur xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Eyni zamanda, devalvasiyanın əhalinin aztəminatlı təbəqələrinin real gəlirlərinə olan mənfi təsirlərini qismən kompensasiya etmək üçün müavinətləri artırıb”, – deyə hesabatda vurğulanıb.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir