Search
news1450179261

Azərbaycan banklarının mərkəzi filialları 12 gün fasiləsiz işləyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkənin kommersiya banklarına müraciət edib.

Bu barədə bank dairələrindən bildirilib.

Məlumata görə, müraciətdə banklardan paytaxtın mərkəzində yerləşən filialların iyunun 10-dan 21-dək (istirahət günləri də daxil olmaqla) işləməsinin təmin edilməsi tələb olunur. Həmin günlərdə işləyəcək filialların siyahısını isə banklar müstəqil şəkildə müəyyən etməlidir. Bu filialların iş vaxtı saat 09:00-dan 21:00-dək müəyyən edilib.

Qeyd edək ki, bu qərar iyunun 17-19-da Bakıda “Formula-1” Avropa Qran-Prisinin keçirilməsi ilə əlaqədar Azərbaycana xeyli sayda xarici qonaqların gəlməsi və bank xidmətlərinə, o cümlədən, valyuta mübadiləsi əməliyyatlarına tələbatın gözlənilən artımı ilə bağlıdır.

Məsələ ilə bağlı MBNP-nın sədrinin müşaviri Rüfət Abbasov bildirib ki, təmsil etdiyi qurum bununla bağlı sabah açıqlama yayacaq.

Mənbə: Report

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir