Search
ateshgah xeber ici logo

“Atəşgah Sığorta” tibb mütəxəssisi axtarır – VAKANSİYA

“Atəşgah Sığorta” şirkəti tibbi yardımın təşkili şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul elan edib. Fins.az –ın şirkətə istinadən yaydığı məlumata görə, namizədlər 23-35 yaşında, ali tibb təhsilli olmalı, Azərbaycan və rus dillərini, MS Office proqramlarını əla bilməlidir. Hazırda təhsil alan tələbələr və rezidenturada işləyən şəxslər də müraciət edə bilər.

Əsas vəzifə öhdəlikləri:
– Daxil olan zənglərin cavablandırılması;
– Sığortalı müştərilərə telefonla məsləhətlərin verilməsi;
– Sığortalı müştərilər üçün tibbi yardımın təşkili;
– Tibbi və sığorta sənədləşdirilməsinin aparılması;
İş vaxtı ay ərzində 6-8 gecə olmaqla, saat 18:00-dan 09:00-a qədərdir. Maraqlananlar öz CV formalarınıcv@ateshgah.com ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir .




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir