Search
Maliyyə palatası

Yeni palata sağlamlaşdırma proqramı hazırlayacaq

Azərbaycanın bank sektorunda yaranmış problemlərin həlli məqsədi ilə yeni mexanizmin tətbiqi təklif olunur. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı parlamentin bugünkü plenar iclasında çıxışında bildirib.

“Bu mexanizm 3 mühüm elementi özündə əks etdirir. Bu, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması, bankların likvidlik problemləri və ümumi sistem xarakterli risklərin həll olunmasıdır”, – deyə R.Aslanlı qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə sistem əhəmiyyətli bankların meyarları müəyən olunacaq: “Bu banklar üçün xüsusi tənzimləmə mexanizmi müəyyən olunacaq. Əgər onlar müəyyən problemlə üzləşərsə, hökumət və Mərkəzi Bankın köməyi olacaq”.

***

“İkincisi, sistem əhəmiyyəti daşımayan orta və kiçik banklarda qısamüddətli likvidlik problemi yarana bilər. Bu zaman Nəzarət Palatası həmin banklara qısamüddətli likvidliyi təmin etmək üçün Mərkəzi Bankın İdarə Heyətinə müraciət edəcək. İdarə Heyəti iki gün müddətində təklifə baxıb araşdırdıqdan sonra qərar verəcək. Əgər mənfi qərar verərsə, hökumət həmin bankların dayanıqlığını təmin etmək üçün əlavə tədbirlər görəcək”, – deyə R.Aslanlı bildirib.

İşçi qrupu rəhbəri əlavə edib ki, üçüncüsü, sistem xarakterli problemlərlə əlaqədar maliyyə sistemində böyük sayda institutla əlaqədar problem varsa, Palata hökumətə müraciət edəcək və hökumət Maliyyə Nazirliyi qismində, Mərkəzi Bank və Palata ilə birlikdə sistem problemlərinin dərinliyini müəyyən edəcək. Hər bir hala uyğun konkret sağlamlaşdırma proqramı hazırlayacaq. Maliyyə sabitliyini, dayanıqlığını təmin etmək üçün müvafiq alətlər tətbiq edəcək. Bura stress-testlər və s daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir