Search
Cars_180807

Apreldə 95 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2014-cü ilin aprel ayında 94,952 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan məlumat verilib.

Bunların 17 minə yaxın xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 milyon manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 16,9%, sığorta haqlarının məbləğində 18,9% azalma müşahidə edilib.

Cari ilin aprel ayında orta sığorta haqqı 71,3 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,75 (bir manat yetmiş beş qəpik) azdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir