Search
azad-cavadov

Banklar əhalini çaşdırır

Azad Cavadov: “Əmanət cəlb etmək üçün fondun adından sui-istifadə etmək qanun pozuntusudur”

Azərbaycanda bəzi banklar əhalidən əmanət cəlb etmək üçün çaşdırıcı məlumat verir və bu zaman Əmanətlərin Sığortalanması Fondunun adından sui-istifadə edirlər. Bu barədə fins.az-a Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib. Qeyd edilir ki, Azərbaycanda bank əmanətlərinin sığortalanması üçün maksimal faiz dərəcəsi 10 faiz təşkil edir. Amma bəzi banklar əhalidən illik 15-16 faizlə əmanət cəlb etdiyi halda reklam mətnlərində bankın ADİF-ə üzv olduğunu da xatırlatmaqla həmin əmanətlərin də sığortalandığı görüntüsü yaradırlar. Halbuki, bank ADİF-in üzvü olsa da, faiz dərəcəsi 10 faizdən yüksək əmanətlər sığortalanmır. ADİF-in icraçı direktoru bildirir ki, bankların əmanət cəlb etmək üçün fondun adından sui-istifadə etməsi qanun pozuntudur və bu kimi hallar aşkarlandıqda banklara qarşı tədbirlər görülür: “Bu qanunun pozulmasıdır. Bəzi banklar Əmanətlərin Sığortalanması Fondunun adını çəkərək deyir ki, biz Fondun üzvüyük. 2-ci halda isə deyir ki, sizin əmanətlərinizi 15 faizlə qəbul edirik. Belə hal baş verəndə həmin hallara qarşı mübazirə aparırıq. Həmin banklara müraciət olunur və o elanların yığışdırılması dərhal tələb olunur. Əks halda Mərkəzi Banka müraciət olunur və bu məsələ, bankın əmanət qəbul etmək üçün lisenziyasının geri alınmasına qədər gedib çıxa bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir