Search
Take-a-five-minute-holiday

Bayram günü bankların çoxu işləməyəcək

Azərbaycan banklarının əksəriyyəti Novruz bayramı günlərində istirahətə üstünlük verəcək. Bayram günlərində bankların böyük hissəsi işləməyəcək.

37 bankdan 25-i bayramda fəaliyyət göstərməyəcəyini bildirib. Qalan 12 bankdan 7-si bununla bağlı hələ qərar verilmədiyini bəyan edib. Qalan 5 bankdan biri “Bank Silk Vey”dir ki, onun da ölkənin hava limanlarındakı şöbələri işləyəcək. Yəni, Azərbaycana təyyarə ilə gələnlər və ölkəni təyyarə ilə tərk edənlər həmin şöbələrdə valyuta dəyişə bilərlər.

Qalan 4 bank “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “NBC Bank” və “Yapı Kredi Bank (Azərbaycan)”dır. Bu bankların isə hərəsinin bir filialı bayram günlərində işləyəcək.

 

 

 

Kommersiya bankının adı

 

 

Novruz bayramı günlərində iş rejimi

 

1 “Accessbank” Hələ ki, məlum deyil
2 “AFB Bank” İşləməyəcək
3 “AGBank” İşləməyəcək
4 “Amrahbank” İşləməyəcək
5 “Atabank” Hələ ki, məlum deyil
6 “Azərbaycan Beynəlxalq Bankı” Hələ ki, məlum deyil
7 “Azərbaycan Sənaye Bankı” “Park Bulvar” filialı (19-27 mart)
8 “Azər-Türk Bank” İşləməyəcək
9 “Bank Avrasiya” İşləməyəcək
10 “Bank of Baku” İşləməyəcək
11 “Bank BTB” Hələ ki, məlum deyil
12 “Bank Respublika” “Ofis-24” filialı (19-27 mart)
13 “Bank Silk Vey” Hava limanlarındakı şöbələr işləyəcək
14 “Bank Standard” İşləməyəcək
15 “Bank VTB (Azərbaycan)” İşləməyəcək
16 “Caspian Development Bank” Hələ ki, məlum deyil
17 “Dekabank” İşləməyəcək
18 “Dəmirbank” İşləməyəcək
19 “Expressbank” İşləməyəcək
20 “Günaybank” İşləməyəcək
21 “Xalq Bank” İşləməyəcək
22 “Kapital Bank” Hələ ki, məlum deyil
23 “Kredobank” İşləməyəcək
24 İran Milli Bankının Bakı filialı İşləməyəcək
25 “Muğanbank” İşləməyəcək
26 “Naxçıvanbank” İşləməyəcək
27 “NBC Bank” “Babək” filialı işləyəcək (19-27 mart)
28 “Nikoyl Bank” Hələ ki, məlum deyil
29 Pakistan Milli Bankının Bakı filialı İşləməyəcək
30 “Parabank” İşləməyəcək
31 “PAŞA Bank” İşləməyəcək
32 “Rabitəbank” İşləməyəcək
33 “Turanbank” İşləməyəcək
34 “Unibank” İşləməyəcək
35 “Yapı Kredi Bank (Azərbaycan)” “Nərimanov” filialı işləyəcək (19-27 mart)
36 “Zaminbank” İşləməyəcək
37 “Zıraat Bank (Azərbaycan)” İşləməyəcək



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir