Search
DebitCards

Bank VTB (Azərbaycan) debet-kredit kartları üzrə yeni şərtlər tətbiq edib

Bank VTB (Azərbaycan) ASC aprelin 10-dan başlayaraq debet-kredit kartı olan “Depozit kartı” üzrə yeni şərtlər tətbiq edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 5 000 AZN/USD-dən artıq depozit yerləşdirmiş hər bir müştəri pulsuz “VISA Gold” debet-kredit kartı və əmanətin 70 % həcmində kredit xətti əldə edəcək. Həmçinin, depozit məbləği 1 000 – 5 000 AZN/USD olan müştərilərə pulsuz “VISA Classic” debet-kredit kartı veriləcək və kredit xətti açılacaq.

Bankın və tərəfdaş bankların bankomat şəbəkəsindən “Depozit kartı” ilə nağd vəsait çıxarılarkən komissiya tutulmur.

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, pərakəndə biznesin inkişafı Departamentinin Direktoru İlnur Salyaxov bu yeniliyi bu cür şərh edib: “Depozit kartı” məhsulu ilk növbədə ona görə əlverişlidir ki, müştəriyə banka gəlmədən əmanət üzrə hesablanmış faizləri əldə etməyə və əmanətin girovu əsasında kredit xəttindən istifadə etməyə imkan verir”.

Müvafiq kreditləşmə sxemi müştəriyə əmanət üzrə faizləri itirmədən kreditdən istifadə etməyə şərait yaradır. Həmçinin, bankın kart sahibləri vəsaitlərini güzəştli tariflərlə   VTB qrupun Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan bankomat şəbəkəsində nağdılaşdıra bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir