Search
unibank-logo

“Unibank” nizamnamə kapitalını 55 mln. manat artırır

Unibank öz nizamnamə kapitalını 80% artıraraq, 125,565,234.08 manata çatdıracaq. Bu haqda  “Unibank” Kommersiya Bankı” ASC-nin səhmdarlarının 2 avqust  tarixində keçirilən  iclasında qərar verilib.

Səhmdarların qərarı ilə  bankın nizamnamə kapitalı əlavə səhmlərin buraxılması yolu ilə artırılacaq.  Səhmlərin yerləşdirilməsi üzrə, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olaraq “Unicapital”İnvestisiya Şirkəti”Açıq Səhmdar Cəmiyyəti seçilib.  Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Unibank-ın nizamnamə kapitalı 70 565 232  manatdır.  2 avqustda səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı 1.8 dəfə  artacaq.  Bu qərardan sonra Unibank  ölkənin ən kapitallaşmış maliyyə təsisatlarından birinə çevrilməklə yanaşı,  böyük layihələrin  reallaşdırılmasını daha da sürətləndirəcək. Hazırda  bankın müştərilərinin sayı 800 mindən artıqdır. Real sektorun kreditləşməsində vacib  rol oynayan Unibank, qoyulan depozitlərin həcminə görə də  bazarda böyük paya malik banklardan biridir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Unibank увеличил уставной капитал на 55 млн манатов!

Unibank увеличивает свой уставной капитал на 80% до 125,565,234,08 манатов. Данное решение было принято на собрании акционеров банка 2 августа 2016 года.

Увеличение уставного капитала будет проводиться за счет дополнительной эмиссии акций.  Размещением акций будет заниматься  «Инвестиционная компания Unicapital».  По решению акционеров, размещение будет проводиться в частном порядке, через регистрацию сделок на Бакинской Фондовой Бирже.

Отметим, что в настоящее время уставной капитал банка составляет 70 565 232 АЗН. По решению акционеров от 2 августа, уставной капитал, банка вырастит в 1,8 раза. Это решение, превращая Unibank в один из самых капитализированных банков страны, позволит еще больше ускорить реализацию важных проектов, как в сфере кредитования физических лиц, так и в направлении поддержки реального сектора экономики. Unibank,  являясь одним из самых крупных и успешных банков страны, на сегодняшний день обслуживает более чем 800.000 клиентов. Unibank является одним из ключевых кредиторов реального сектора экономики и занимает одну из крупнейших долей на рынке вкладов. В скором будущем, банк, планирует увеличить число своих клиентов, с помощью предложения новых продуктов и услуг на рынке.

За более подробной информацией можете обращаться по телефону (012) 117, на сайте банка по адресу www.unibank.az, либо на официальных страницах  банка в Фейсбук и Твиттер (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ).

Unibank – банк для всех и каждого!

            #  #   #

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Unibank, созданный, в результате объединения двух передовых коммерческих банков, «MBANK» (1992 года) и «PROMTEXBANK»(1994 года), в 2002 году, является одним из крупнейших финансовых организаций страны. Согласно своим финансовым показателям, Unibank  занимает лидирующие позиции в списке банков страны. Unibank, оказывает услуги около 800 тыс.  различным клиентам, как корпоративным, так и  частным.  В списке акционеров банка находятся такие крупные мировые финансовые институты как Европейский банк развития и реконструкции (15,15 % акций) и Немецкая Инвестиционная Корпорация (DEG) (8,33 % акций) .

Со стороны Unibank были  основаны  две дочерние компании  лизинговая компания «Unileasing» и «Инвестиционная компания Unicapital»  Для оказания высококачественных услуг банк обладает широкой филиальной сетью, как в регионах, так и в столице.

За 24 года своей успешной коммерческой  деятельности  и участию во многих социальных проектах, банк не раз становился обладателем многих международных и местных наград.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir