Search
kredit

İstehlak kreditlərinin artımı aşağı düşür

Ötən ilin hər ayı orta hesabla 150 milyon manat artan istehlak kreditləri 2014-cü ilə zəyif artımla başlayıb.

“Marja” Mərkəzi Banka  istinadən xəbər verir ki, cari ilin fevral ayında istehlak kreditlərinin (ev təsərrüfatlarına verilmiş kreditlər) həcmi cəmi 72,5 milyon manat artmışdır. Belə ki, yanvarın sonunda həcmi  6 milyard 358 milyon 900 min manat olan istehlak kreditləri fevralın sonuna 6 milyard 431 milyon 400 min manata çatmışdır.

İstehlak kreditlərinin 72,5 milyon manatlıq artımının 14 milyon manatı daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər formalaşdırmışdır.

İstehlak kreditlərinin cəmi kredit qoyuluşlarında xüsusi çəkisinin artması da dayanır, yanvarda bu göstərici cəmi 0,1 faiz bəndi artaraq 40,9%-dən 41%-ə çıxmışdır.

SƏNAYEYƏ VERİLƏN KREDİTLƏR AZALIB

Fevral ayında yanvar ayı ilə müqayisədə kredit qoyuluşu energetika, kimya və təbii ehtiyatlar sektoruna dəyişməmiş, ticarət, kənd təsərrüfatı, inşaat, əmlak, nəqliyyat, rabitə sektorlarına cüzi artmış, sənaye sektoruna qoyuluş isə  azalmışdır. Fevralda sənaye sektoruna kredit qoyuluşları 39,8 milyon manat azalaraq 1 milyard 801 milyon 500 min manata düşmüşdür.

1 mart 2014-cü il tarixinə olan məlumata görə, bank sektorunun cəmi kredit qoyuluşları 15 milyard 667 milyon 900 min manat təşkil edir. Fevralda cəmi kredit qoyuluşları  131,6 milyon manat artmışdır, artımın 55%-i istehlak kreditlərinin hesabına baş verib.

Qeyd edək ki, bu ilin əvvəlindən Mərkəzi Bank tərəfindən kommersiya banklarına müştərilərə arayışsız kreditlər verməmək tapşırılıb. Bundan başqa avtomobil kreditlərinin şərtləri ciddi sərtləşdirilmişdir. Eyni zamanda, Azərbaycan Prezidenti bankları real sektoru maliyyələşdirməyə çağırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir