Search
Bank-Silk-Vey

“Bank Silk Vey”in 3 aya qazandığı məbləğ

Bu ilin 1-ci rübünün yekununa görə, “Bank Silk Vey”in cəmi aktivləri təxminən 375 milyon manat təşkil edib. Bunun 262,4 milyon manatı cəmi öhdəliklərin, 112,6 milyon manatı isə cəmi kapitalın payına düşür.

Bankın aktivlərində kredit portfelinin payı 352,6 milyon manatdır. Bunun 202,7 milyon manat xarici valyutada verilib. Yəni, kreditlərin 57,5%-i dollarlaşıb.

Kredit portfelində problemli kreditlərin çəkisi isə cəmi 1,1%-dir. Bankın verdiyi kreditlərin 11,2 milyon manatının vaxtı keçib.

Bankın öhdəliklərində depozit portfelinin payı isə 145,6 milyon manatdır. Bunun da təxminən 90%-i və yaxud 131,3 milyon manatı xarici valyutada qəbul edilib.

Hesabat dövründə “Bank Silk Vey”in faiz gəlirləri 7,1 milyon manat, faiz xərcləri 3,85 milyon manat, qeyri-faiz gəlirləri 2,9 milyon manat, qeyri-faiz xərcləri isə 2,2 milyon manat olub. Beləliklə, bankın xalis əməliyyat mənfəəti təxminən 4 milyon manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyi vəsaitdən 1,5 milyon manatı da mənfəətinə əlavə edib. Beləliklə, “Bank Sil Vey” 2016-cı ilin 1-ci rübünü 5 milyon 466 min manat xalis mənfəətlə başa vurub.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir