Search
cms-image-000015722

Bu bankın vaxtı keçmiş kreditləri kəskin artıb

Bu ilin 1-ci rübünün yekunlarına görə, “Muğanbank”ın vaxtı keçmiş kreditləri 33 milyon manat təşkil edib. Bankın maliyyə hesabatına görə, bu, 2015-ci ilin 1-ci rübü ilə müqayisədə 60,4% çoxdur. Problemli kreditlərin payı ümumi kredit portfelində 6,3%-dən 9,6%-ə yüksəlib.

“Muğanbank”ın vaxtı keçmiş kreditlərinin təxminən 40%-ni, yəni 13,1 milyon manatını istehlak kreditləri təşkil edir. Bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur.

“Muğanbank”ın ticarət sektorundan alacağı da az deyil – tacirlər banka 11,1 milyon manatın ödəməkdən yayınır. Bu da problemli kreditlərin təxminən 34%-ni təşkil etməklə, ötən ilin eyni dövrünə nisbətən 66% çoxdur.

Kənd təsərrüfatı istehsalçıları isə bankın 5,8 milyon manatını vaxtında qaytarmayıb. Amma ötən ilin eyni dövründə fermərlərin adında problemli kredit daha çox olub – 6,5 milyon manat.

“Muğanbank”ın vaxtı keçmiş kreditlərində tikinti sektoru 2 milyon manata yaxın, sənaye sektoru 687 min manat, nəqliyyat sektoru 312 min manat, ipoteka ilə ev alanlar 29 min manat, digər sektorlar isə 30 min manat paya malikdir.

Bank qarşısında kredit öhdəliklərini ən yaxşı mərkəzi və bələdiyyə orqanları yerinə yetirib. Bu qurumların banka vaxtı keçmiş borcu heç 1000 manata çatmır – cəmi 760 manatdır.

Mənbə: Fins.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir