Search
loqo

Azər Türk Bank “Yaşıl ASAN”a qoşuldu

Hər zaman korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirən Azər Türk Bank cəmiyyətin, ətraf mühitin qorunmasına və inkişaf etməsinə yönələn mühüm layihələr həyata keçirir, sosial yönümlü təşəbbüslərin dəstəklənməsinə diqqət ayırır. Bugünlərdə Azər Türk Bank daha bir sosial layihənin iştirakçısı olub. Bank “Yaşıl ASAN” təşəbbüsünə qoşulub. Təşəbbüs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “IDEA” ictimai birliyi və “Azərsun Holding” MMC tərəfindən həyata keçirilən “Hər kağızı bir yarpaqa dəyişək” layihəsinə dəstək məqsədi ilə ASAN könüllüləri tərəfindən irəli sürülüb. Təşəbbüsün məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.

Təşəbbüs çərçivəsində Azər Türk Bankın xidmət ofislərində xüsusi qutular qoyulacaq. İstifadə olunmuş kağız tullantılar bu qutulara yığılaraq yenidən emal olunmaq üçün “Azərsun Holding” MMC-yə təhvil veriləcək. Həmçinin Bank ASAN könüllülərin təbiətin qorunması ilə bağlı tələbələrin məlumatlandırılması istiqamətində həyata keçirdiyi layihələrə dəstək verəcək.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Azer Turk Bank присоединился к проекту “Yaşıl ASAN”

Azer Turk Bank, поддерживающий свою миссию по корпоративной социальной ответственности на регулярной основе, реализует важные проекты по охране и развитию окружающей среды, уделяет особое внимание социально ориентированным инициативам.

На днях банк принял участие в еще одном социальном проекте и присоединился к инициативе “Yaşıl ASAN”. Инициатива выдвинута волонтерами службы ASAN (Государственное агентство по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана) для поддержки проекта «Обменяем бумагу на лист дерева», осуществляемого совместно службой ASAN, Общественным объединением IDEA и ООО Azersun Holding. Ее цель – сокращение растрат бумаги, сохранение деревьев путем поощрения вторичной переработки, защита природы и сохранение экологического баланса.

В рамках инициативы во всех офисах Azer Turk Bank будут размещены специальные контейнеры, куда будут собираться бумажные отходы. В дальнейшем собранная бумага будет сдана вторичной переработки в Azersun Holding. Также Банк будет оказывать поддержку проектам, проводимым волонтерами ASAN по просвещению студентов об охране природе.

75% акций ОАО Azer Turk Bank, основной миссией которого является финансовая поддержка реальному сектору экономики, принадлежит правительству Азербайджана. С более подробной информацией о банке, точках обслуживания, продукции и услугах можно ознакомиться на официальном сайте банка: www.azerturkbank.az, корпоративных страницах в социальных сетях или позвонив в Информационный центр Банка по номеру (012) 945.

Azer Turk Bank has joined “Yaşıl ASAN”

Azer Turk Bank, which is each time demonstrating loyalty to the corporate social responsibility mission, implements substantial projects aimed at society, protection and development of the environment, supports socially oriented initiatives. Lately, Azer Turk Bank has joined another social project. The Bank participates in the “Yaşıl ASAN” initiative. The project was promoted by ASAN volunteers in order to support the State Agency for Public Service and Social Innovations under the President of the Republic of Azerbaijan, “IDEA” Public Union, and the “Let’s change a paper to a leaf” project implemented by Azersun Holding LLC in social initiatives. The slogan of the project is to reduce paper waste, save trees and promote recycling; protect nature and preserve ecological balance.

In the framework of the initiative, special boxes will be placed at servicing offices of Azer Turk Bank. Wasted paper will be collected into that boxes and then sent to Azersun Holding LLC for further recycling. Besides, the Bank will support ASAN volunteers in projects related with increasing awareness of students in issues of environmental protection.

Azer Turk Bank OJSC, which has identified financial support to the real sector of the economy as its main mission, by 75% is owned by the Government of Azerbaijan. More information about the Bank, its service network, products and services is available at www.azerturkbank.az, the Bank’s corporate pages at social networks or at (012) 945 Call Center.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir