Search
cover_dep.835x300

Bu bankın müştəri depozitlərində kəskin dəyişiklik olub

“Bank Avrasiya” ASC 2016-cı ilin ilk 2 ayını 1  milyon 760.6 min manat xalis mənfəət ilə başa vurub.

“Marja” Bankın maliyyə nəticələrinə istinadən xəbər verir ki, “Bank Avrasiya” Yanvarda 1 milyon 603.9 min manat, Fevralda isə 156,7 min manat xalis mənfəət əldə edib.

Qeyd edək ki, “Bank Avrasiya” 2015-ci ili 510.2 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Ötən ilin sonu ilə müqayisədə bankın cəmi aktivləri 3 milyon 817 min manat və ya 3,1% azalaraq 119 milyon 496.7 min manata düşüb.

Bank iki ayda kredit portfelini 6% artıraraq ötən ilin sonundakı 79 milyon 972.6 min manatdan 84 milyon 825.2 min manata qaldırıb.

Yanvar-Fevral aylarında “Bank Avrasiya”da müştərilərin depozitləri 29 milyon 195.7 min manatdan 27 milyon 855.7 min manata düşüb (azalma 1 milyon 340 min manat).

29 Fevral 2016-cı il tarixinə Bankın öhdəlikləri 66 milyon 593.7 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 7,7% azdır. Azalmanın səbəbi müştərilərin cari hesablarının və depozitlərinin azalmasıdır.

Fevral ayının sonuna Bankın cəmi kapitalı 52 milyon 903 min manat təşkil edib. İlk iki ayın xalis mənfəəti hesabına cəmi kapital artıb. Bank ötən ilin sonunda 51 milyon 155.9 min manat cəmi kapitala malik idi.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir