Search
heyat sigorta

Azərbaycanda həyat sığortası bazarı 53,1 faiz artıb

2016-cı ilin yanvarında Azərbaycanda toplanmış sığorta haqlarının 16,4 faizi və yaxud 12,5 milyon manatı həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə,  2015-ci ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 53,1 faiz artıb.

Həyat sığortasındakı yığımların 47 faizi və yaxud 5,9 milyon manatı həyatın ölüm halından sığortasının, 36,4 faizi və yaxud 4,5 milyon manatı həyatın yaşam sığortasının, 16,6 faizi və yaxud 2,1 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Ay ərzində həyat sığortası üzrə ödənişlərin məbləği isə 4,3 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 31,9 faizini təşkil etməklə 2015-ci ilin eyni dövrünə nisbətən 6,6 dəfə çoxdur.

Həyat sığortasında ödənişlərin 95,4 faizi və yaxud 4,1 milyon manatı həyatın yaşam sığortasının, 2,5 faizi və yaxud 105,4 min manatı həyatın ölüm halından sığortasının, 2,1 faizi və yaxud 90,5 min manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 34 manat ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 8 manat olub.

Azertag.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir