Search
Europe business

Maliyyə bazarlarında gözlənilən önəmli xəbər

Avrozonanın fevral ayı üçün istehlak qiymətləri üzrə indeks məlumatları açıqlanacaq. Maliyyə bazarlarında öz güclü təsiri ilə seçilən bu xəbər, bazar iştirakçıları tərəfindən maraqla qarşılanır. Avropa mərkəzi bankı (AMB) iqtisadi inkişafın ideal modeli kimi, inflyasiya səviyyəsini 2% civarında olmasını hədəfləyir və pul siyasətində bu göstəricini yaxından izləyir.
Avrozonanın istehlak qiymətləri indeksi yanvar ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.3% olmuşdur. Analitiklərin fikrincə isə, bu göstərici fevral ayında 0.1%-ə kimi azala bilər.
Deflyasiya təhlükəli görünmür.
Bəzi mərkəzi bank nümayəndələri Avrozonada istehlak qiymətlərində eniş trendini təhlükəli hesab etmirlər. Lakin 2015-ci ildə olduğu kimi, bu ilin ilk altı ayında da inflyasiya səviyyəsinin sıfırın altına düşə biləcəyi proqnozlaşdırılır.
investaz.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir