Search
60ee581e1f816c31ed759eca93646fb9_XL

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsi yerləşdirilib

27 mart 2014-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.

Birjadan “Marja”ya daxil olmuş məlumata görə, hərracda 2 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 33 875 000 manat təşkil etmişdir.

Sifarişlər 100.3667% qiymətdə təqdim edilmişdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilmişdir.

İstiqraz vərəqələrinin ödəmə tarixi 21 dekabr 2023-ci ildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir