Search
90

Azərbaycan İpoteka Fondu istiqrazlarının növbəti yerləşdirilməsini elan edib

Martın 27-dən Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının VIII emissiyasının 5 milyon manat dəyərində III tranşının yerləşdirilməsi başlayır. Bu barədə Trend BFB-yə istinadən məlumat verir.

İstiqrazlar 100.3667qiymətlə satışa çıxarılacaq. İstiqrazların tədavül müddəti 10 ildir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

Fondun istiqrazlarını əldə etmək istəyən şəxslər broker fəaliyyəti aparmaq üçün BFB-nin lisenziyası olan üzv təşkilatlara müraciət edə bilərlər.

Qeyd edək ki, AİF 2014-cü ilin yanvarında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində hər birinin nominal dəyəri 1000 manat olan 40 milyon manat dəyərində təmin edilmiş istiqrazların VIII emissiyasını qeydiyyata




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir