Search
18e6ec98d9d8890afac18384a77d8e25_XL

Beynəlxalq Sığorta Şirkəti geriyə gedib

011-ci ildə 69 min 842 manat zərər açıqlamış,  2012-ci ildə  574 min 692 manat xalis mənfəət əldə etmiş Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) yenidən mənfəəti kəskin azalıb.

“Marja” şirkətin mətbuatda dərc etdirdiyi maliyyə hesabatlarına istinadən xəbər verir ki, BSŞ 2013-cü ili cəmi 15,4 min manat xalis mənfəət ilə başa vurub.

Keçən il şirkətin əsas əməliyyat gəliri 14,4 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 4,2% azdır.

BSŞ  ötən il 13,28 milyon manat sığorta haqqı toplayıb, bu da bir əvvəlki illə müqaisədə 4,3% azdır.

Şirkətin cəmi gəlirləri isə 6% azalaraq 17,18 milyon manatdan 16,15 milyon manata düşmüşdür.

Keçən il Şirkətin cəmi xərcləri isə 16,07 milyon manat təşkil etmişdir (2012-ci ildə 16, 4 milyon manat idi).

Ötən il BSŞ-nin aktivləri cüzi artaraq ilin sonuna 22,78 milyon manata çatmışdır.

Keçən il Beynəlxalq Sığorta Şirkətinin nizamnamə kapitalıda (8,8 milyon manat) dəyişiklik baş verməmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir