Search
1376221979_home

Sevdiyiniz rəngə görə xasiyyətinizi müəyyən edin.

1) Siz özünüz bunu inkar etsəniz belə, tanımadığınız və sizə yad olan insanlara daim yardım etməyə çalışırsınız. Tənhalıq hissi sizi çox zaman təqib edir, lakin siz onu özünüzdən uzaqlaşdırmağa çalışırsınız. Yalnızlıq anlaşılmazlıq, eyni zamanda da zəiflik deməkdir. Çox güman ki, siz tək
qalıb düşünməyi xoşlayırsınız. Kənar vasitələrin sizə maneəçilik törətməsini istəmirsiniz. Sizin hər zaman öz fikriniz var, başqaları onunla çox zaman razı olmasa belə siz öz fikrinizdə qətisiniz. Özünüzə nəzarət etməyi bacarırsınız.

1)                                                                                                    2)                                                      3)

4)                                                                                                5)                                                      6)

7)
 2) Tələsik qərarlar qəbul etmirsiniz, hər şeyi düşündükdən sonra hərəkətə keçirsiniz. “Hirsimdən etdim“ kəlməsi sizin üçün deyil. Başqalarının sizin planlarınız, düşüncələriniz, fikirləriniz və hissləriniz haqqında bilməsini istəmirsiniz. Sizin ən yaxşı cəhətləriniz daxili dünyanızda gizlənib. Onları aşkar etmək başqalarına çətin olsa da, mümkündür. 3) Siz çox həssas, amma eyni zamanda da çılğınsız. Bəzən siz başqalarının nə fikirləşəcəyini umursamayaraq, öz hissləriniz və duyğularınızı açıqca bildirə bilərsiniz. Həyat eşqiylə dolusunuz. Etdiyiniz heç bir hərəkətinizdə pis niyyət olmur. Sizin daxili potensiyalınız çox güclüdür. Bəzən sizə elə gələ bilər ki,  gücünüz tükənib və daha heç bir şey edə bilmirsiniz, lakin bu belə deyil. Belə fikirlər yarandıqca, siz daha da böyük və mürəkkəb işlərin öhdəsindən gəlməyi bacara bilərsiniz. 4) Siz öz ayaqlarınız üzərində möhkəm durmayı bacaran birisisiniz. Real həyat sizin üçün hər şeydən vacibdir. Olmayacaq şeyləri düşünmək, qeyri- real planlar və xəyallar qurmaq sizin üçün deyil. Belə şeyləri mənasız sayırsınız və onlardan uzaqsınız. Qərarlarınızı özünüz, heç kimin köməyi və təsiri olmadan qəbul etməyə üstünlük verirsiniz.

 

 5) Siz kimdənsə asılı olmağı və başqalarını nəyəsə məcbur etməyi xoşlamırsınız. Siz ünsiyyətcil, hər şeylə maraqlanan insansınız. Başqalarının diqqətini cəlb etmək xoşunuza gəlir. Siz optimistsinız, hər bir vəziyyətdən gözəl sonluq gözləyirsiniz. Sizə uyğunlaşmaq və sizinlə dil tapmaq çox asandır.

 

 6) Siz sakit təbiətli insansınız. Emosiyaları püskürmək sizə aid olan bir şey deyil. Əminlik hissi sizin üçün hər şeydən üstündür. Bu ailə, dost və ümumilikdə həyatınızla bağlı olan əminliklərdir.Tez yorulursunuz, istirahətə ehtiyac duyursunuz. Harmoniya və sakitçilik sizin üçün çox vacibdir. Sizin zəngin daxili aləminiz var və çox güman ki, maraqlı istedadlara sahibsiniz.

 

 7) Başqalarının təsiri altına düşməkdən çox qorxursunuz. Özünüzü və hər dediyinizi təsdiq etmək sizin üçün çox vacibdir. Çox böyük potensiala malik birisiniz. Özünüzə əmin olduğunuz zaman çox şeyə qadir olursunuz. Sizə ən çox lazım olan şey yaxınlarınızın sizi dəstəkləməsidir. Güvənəcəyiniz adam yanınızda olduğu sürədə, siz böyük işlər etməyə qadirsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir