Search
Amrahbank_logo

“Amrahbank”ın Masallı filialı yeni ünvana köçüb

 “Amrahbank”ın Masallı filialı yeni ünvanda, şəhərin Heydər Əliyev prospekti ünvanında fəaliyyət göstərməyə başlayıb.

 Rahat və geniş filial binası tam təmir edilib, bankın qəbul edilən standartlara uyğun müasir texnoloji avadanlıqlarla təmin edilib.

 Masallı filialı həm fiziki, həm də korporativ müştərilərin bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri,  Visa, MasterCard tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi,  hesablaşma-kassa əməliyyatları kimi. xidmətləri təklif edir.

 Açılış mərasimində bankın İdarə Heyətini üzvləri, departament direktorları, Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər rəsmi qonaqlar iştirak edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir