Search
bakcell

Bakcelldən karyeraya başlamaq istəyənlərə xoş xəbər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, karyerasına başlamaq istəyən tələbə və məzunlara “Smart Start” təcrübə proqramını təklif edir. İlkin iş təcrübəsi olmadığı səbəbindən işə düzəlməkdə çətinlik çəkən gənclər bu təcrübə proqramına qatılmaqla iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar.

Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

Proqramda iştirak etmək istəyən 18-25 yaş arası gənclər, tələbələr və ya məzunlar müraciət formasını doldurub 22.06.2014 tarixinədək Bakcell şirkətinin ofisinə təqdim etməlidirlər. Elektron şəkildə müraciət etmək istəyənlər üçün http://www.bakcell.comsəhifəsinin “Karyera” bölümündə online müraciət forması yerləşdirilib.

Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və Bakcell-in peşəkar həyatı ilə tanış olmaq imkanı əldə edəcəklər.

Azərbaycanda ən böyük işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır. Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir