Search
biznes_trening

Maarifləndirmə tədbirlərinə başlanılır

Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və məhəllələri xüsusi rol oynayır. Artıq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Mingəçevir Sənaye Parkının və Masallı Sənaye Məhəlləsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Sənaye parklarının və məhəllələrinin rezidentlərinin sayı da gündən-günə artır.

Bütün bunları nəzərə alaraq, İqtisadiyyat Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən sənaye parkları və məhəllələrinin idarəedici təşkilatı və orada fəaliyyət göstərən sahibkarlar üçün təlimlər və digər maarifləndirmə tədbirləri təşkil olunacaq.

Sentyabr ayında başlayacaq təlimlər İqtisadiyyat Nazirliyinin müvafiq şöbələrinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçiriləcək. Təlimlərdə sənaye parklarının və məhəllələrinin idarəedici təşkilatları və sahibkarlar özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, investisiya təşviqi mexanizminin tətbiqi qaydaları, lisenziyalaşdırma sahəsində həyata keçirilmiş islahatlar, sahibkarlara elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə olunması və digər mövzularda məlumatlandırılacaqdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir