Search

“Azər-Türk Bank” yeni kredit kampaniyası keçirir

Azər-Türk Bank” orta və kiçik gəlirə malik olan şəxslər üçün kreditlər təklif edir.

Rəsmi gəlirləri kiçik və ya orta olan şəxslər artıq ailə üzvləri ilə birgə ailələrinin tələbatını ödəmək üçün kredit müraciəti edə bilər.

 Bankın yeni “Ailə” krediti çərçivəsində borcalan öz həyat yoldaşı, atası, anası və hətta subay övladları ilə birgə kredit müraciəti edə biləcəkdir. Ailənin maksimum 4 üzvi illik faizi 18%-dən başlayan, maksimal məbləği 50 min manata qədər olan kreditlərdən istifadə etmək fürsəti əldə etmiş olacaq.

 “Ailə” krediti üçün müraciət edəcək şəxslər əldə edəcəkləri kreditləri təmir, ev tikintisi, səyahət, müxtəlif məqsədlər üçün istifadə edə biləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir