Search
Yapi_ Kredi _Bank

“Yapı Kredi Azərbaycan”da özbaşınalıq

Bankın müştəriləri incitməsi, müştəri xidmətlərinin öz işini layiqincə yerinə yetirməməsi, səhlənkarlıq etməsi ilə bağlı Aktual.az-ın elektron ünvanına şikayət daxil olub

 Vətəndaş Elmin Şirinov qeyd edir ki, uzun müddətdir  “Yapı Kredi”nin müştərisidir və ona məxsus “World kart”ın hesabına həbs qoyulub. Dəfələrlə bankın müştəri xidmətlərinə zəng etməsi cavabsız qalıb:

“Dəfələrlə zəng etmişəm, cavab verən yoxdur. Boş yerə kontur sərf edirəm. Görünür bu da, bankın siyasətidir. Ola bilsin “Yapı Kredi” mobil operatorlardan da bu şəkildə mənfəət əldə edir”.
E.Şirinovun sözlərinə görə, “Yapı Kredi Azərbaycan”ın elektron poçtuna qarşılaşdığı problemlə bağlı bu ilin iyul ayının 18 –də göndərdiyi sorğuya hələ də cavab verilməyib:
“Artıq 3 ay keçib. Bank sorğuma cavab vermir. Müştəri xidmətlərindən zənglərə cavab verilməməsi, sorğunun cavablandırılmaması onu deməyə əsas verir ki, bankda açıq şəkildə özbaşınalıqdır”.
Məsələ ilə bağlı bankdan münasibət öyrənmək istəklərimiz zənglərimizə cavab verilmədiyi üçün baş tutmadı. Buna baxmayaraq bankın mövqeyini də dərc etməyə hazırıq…
pia.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir