Search
725a37feac792d78fabb7d1624173eba_XL

“AGBank” “Fitch”lə əməkdaşlığına son qoydu

Mayın 6-da beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” Azərbaycanın “AGBank” ASC-nin reytinqinə yenidən baxıb. Agentliyin press-relizindən məlum olur ki, “Fitch”, Bankın xarici valyutada uzunmüddətli defolt reytinqini (İDR)  “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinə endirib, yenidən isə “CCC” səviyəsinə qaldırıb. Həmçinin Bankın davamlılıq reytinqini “f”dən “ccc”yə yüksəldib.

“Fitch Ratings”in “AGBank”ın reytinqinə yenidən baxması, Bankın nizamnamə kapitalının 77,2 milyon manatdan 102,2 milyon manata qaldırılmasından sonraya təsadüf edir.

“AGBank”ın İdarə Heyətinin sədri  vəzifəsini icra edən Əfqan Cəlilov “Marja”ya açıqlama verərək bildirdi ki, “Fitch Ratings”in anlaşılmaz addımı ilə əlaqədar olaraq Bank reytinqi geri çağırmağa qərar verib:

 “Bildiyiniz kimi, agentlik eyni press-relizində Bankın reytinqini öncə bir pillə aşağı salır, sonra yenidən qaldırır. Yəni faktiki olaraq, reytinq dəyişmir, olduğu kimi “CCC” qalır. Lakin, bu barədə yayımlanmış bir sıra xəbərlərin başlıqları yalnız reytinqin aşağı salınmasını əks etdirir. Reytinqin sonradan qaldırılmasını anlamaq üçün, mətni oxumaq lazımdır.

Ümümiyyətlə, bankımız tərəfindən “Fitch”in eyni qərarda reytinqin aşağı salınması və sonradan qaldırılması anlaşılmaz bir addım kimi qiymətləndirilir. Qeyd olunanları nəzərə alaraq, 10 may tarixində biz reytinqin geri çağırılması tələbi ilə çıxış etmişik. Gələcəkdə, bank başqa reytinq agentlikləri ilə əməkdaşlıq etmək niyyətindədir”.

Mənbə: Marja 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir