Search
agbank

AGbank “135-Məlumat Mərkəzi”-nin 24 saat iş rejimi fəaliyyətini tətbiq etdi

Daima müştəriləri düşünən AGBank, Bankın “135-Məlumat Mərkəzi”-nin 24 saat iş rejimi fəaliyyətini tətbiq etdi. Artıq Siz hər gün, bankın qeyri iş günləri daxil olmaqla, 24 saat ərzində bankın zəng xidmətindən yararlana bilərsiniz.
Bankın “135-Məlumat Mərkəzi”-nə müraciət etməklə, Siz bankın göstərdiyi xidmət ilə bağlı tam ətraflı məlumat əldə edib, eyni zamanda əl-verişli cari aksiya və kampaniyalar haqqında məlumat toplayıb, bankın təcrübəli əməkdaşlarından bank məhsulları ilə bağlı ilkin konsultasiyalar əldə edə bilərsiniz. Banka zəng qaydası şəhər nömrələrindən birbaşa 135, mobil rabitə operatorlarından 135 və ya 012 135 –dir.
Onuda nəzərinizə çatdırmaq istərdik ki, şəhər nomrələrindən banka zəng ödənişsizdir.
Həmçinin, bankda göstərilən xidmət səviyyəsinin daima təkmilləşdirilməsi məqsədi ilə, yaranmış təklif və şikayətlərinizi, 24 saat ərzində banka zəng etməklə sərbəst şəkildə bildirə bilərsiniz.
AGbank –zəngin olmaq haqqınızdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir