Search
finca_sumqayit

“FINCA” Sumqayıtda 10 milyon kredit portfeli hədəfinə çatıb

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının 2001-ci ildən etibarən fəaliyyət göstərən Sumqayıt filialı 10 milyon ABŞ dolları kredit portfeli hədəfinə çatıb. Bu barədə “Marja”ya təşkilatdan bildirilib.

02 Aprel 2014-cü il tarixində bu münasibətlə və  13 illik fəaliyyəti ərzində əldə etdiyi uğurlara həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə təşkilatın ölkə direktoru Timoti Tarrant və digər rəhbər şəxsləri ilə yanaşı, yerli dövlət qurumları, müxtəlif bankların nümayəndələri və filialın daimi müştəriləri də iştirak etmişdir.

Portfel sayına görə FINCA Azerbaijanda lider olan Sumqayıt filialı 10 milyon kredit portfelini bağlayan və ən uzun müddət əməkdaşlıq etdiyi 2 müştərisini dəyərli hədiyyələrlə mükafatlandırmışdır. Tədbirdə həmçinin, FINCA Azerbaijanın bütün 65 filialında icra olunacaq “hər filialda 1/150.000-ci müştəri” adlı layihə çərçivəsində seçilmiş müştəri də öz xüsusi hədiyyəsini almışdır.

Sumqayıt filialı hal-hazırda 45 nəfərdən ibarət işçi heyətilə əsasən kənd təsərrüfatı, kiçik və orta bizneslə məşğul olan sahibkarlara – 5500 nəfərə yaxın aktiv müştəriyə maliyyə xidmətləri göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir