Search
demir_bank_000

Azərbaycandakı bankın müştəri ilə ağlasığmaz rəftarı

Azərbaycanlı jurnalist İntiqam Valehoğlu ilə “Dəmirbank” arasında anlaşılmazlıq yaranıb. Milli.Az Aznews.az-a istinadən bildirir ki, İ.Valehoğlu ötən ilin əvvəlində Sumqayıt şəhərində yerləşən dükanların birindən kreditə noutbuk götürüb.

““Dəmirbank”la həmin mağazanın əməkdaşlığı olduğundan yerindəcə kredit məsələsi həll olunub: “Yəni mən 24 ay müddətinə məhz “Dəmirbank”a 41 dollar ödəməliydim. Bu da haradasa 32-33 manat edir. İndiyə kimi krediti vaxtında ödəmişəm.

 Sonuncu dəfə isə yanvar ayında “Dəmirbank”ın həmin dükanda yerləşən nümayəndəliyinə 100 manat ödəmişəm. Bu məbləğ kreditimin üç ayını tam ödəyir. Bu gün həmin bankın Sumqayıt filialından zəng edib bildirirlər ki, 17 dollar əlavə faiz ödəməliyəm. Səbəbini soruşanda bildirdilər ki, bu faiz krediti vaxtından əvvəl ödədiyimə görədir.
 İlk dəfədir belə bir halın şahidi oluram. Krediti vaxtından əvvəl ödəyəndə müştəriyə güzəşt edərlər. Görəsən, doğrudanmı Azərbaycanda müvafiq qanunvericilikdə elə bir şey var? Əgər varsa, deməyə söz tapmıram”.
Milli.Az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir