Hazırda Azərbaycanda “Maliyyə bazarlarına nəzarət haqqında” qanun layihəsi hazırlanır. Bunu Milli Məclisin bugünkü plenar iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib. O, müvafiq qanunların tətbiq olunması ilə əlaqədar dövlət başçısının imzalayacağı fərmanda bu barədə əlavə göstəriş verəcəyinə ümid etdiyini vurğulayıb: “Qısa müddətdə qanun layihəsi hazırlandıqdan sonra Palatanın mandatı, fəaliyyət istiqamətləri, idarəetmə prinsipləri burada öz əksini tapacaq”.