Search
14467314555220135098_554x360

“PAŞA Sığorta”-dan “Yaşıl Bakı” məhsulu

PAŞA Sığorta şirkəti yeni daşınar və daşınmaz əmlakın icbari və könüllü sığortası üzrə məhsulu olan Yaşıl Bakı-nı müştərilərinə təqdim edir. Yeni məhsul 3 paketdən ibarətdir: Çinar, Cökə və Zeytun. Onların əsas özəlliyi ondan ibarətdir ki,  paketlərin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər.

Layihənin sosial tərəfi də mövcuddur. Bu məhsulları əldə edənlər paketin adına uyğun paytaxta bir ağac hədiyyə etmiş olurlar. Belə ki, hər 6 aydan bir PAŞA Sığorta şirkətinin əməkdaşları satılan məhsulların sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində  ağac əkəcəklər.

Üstünlüklərdən digəri isə ondan ibarətdir ki, əmlakınız yaşayış üçün tam yararsız olduğu halda hər bir paket üzrə sizə aylıq 300 AZN, 500 AZN, 700 AZN məbləğində kirayə haqqı ödəniləcək. Çinar Paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə  199 AZN təşkil edir. Paketlər bir birlərindən təminat məbləğinə görə fərqlənirlər.

Bu paketləri əldə edən hər kəs xüsusi Yaşıl Bakı kartına sahib olur və müxtəlif  endirimlərdən yararlanmaq imkanı qazanır.  Endirim təqdim olunan ticarət obyektlərinin siyahısı aşağıdakı kimidir:

– 166 Yük Taksisi 10%

 H2O Quru Təmizləmə 20%

 Təmiz Xalı 10%

 Alo Usta 20%

– Baku Cleaning Company 10%

– PurePro Su filtrləri 15%

– Diona Mebel 15%

– Optimal Electronics 20%-dək (endirimlər planşet, notebook və telefonlara şamil edilmir)

Ətraflı məlumat üçün: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://pasha-insurance.az/az

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir