Search
ziraat-bank-azerbaycan-600x330_0

“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurası yenilənib

“Ziraat Bank Azərbaycan” ASC-nin rəhbərliyində ciddi kadr dəyişiklik olub.

Ömer Baktır bankın Müşahidə Şurasının sədri təyin edilib. Buna qədər bu vəzifədə Hüseyn Aydın olub.

Kadr dəyişikliyi bununla yekunlaşmayıb. Belə ki, Muharrem Karslı, Yusuf Dağcan, Burhaneddin Tanyeri Müşahidə Şurasının üzvlüyündən çıxarılıb. Əvəzində Bilgehan Kuru Müşahidə Şurasının sədrinin müavini, Ayçe Şule Gürleyik və Taha Çakmak Müşahidə Şurasının üzvləri təyin edilib.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir