Search
poster_visa_220616__(1)

“Expressbank”dan “Visa Premium” kart sahiblərinə növbəti şad xəbər

“Expressbank” “Visa Gold” və “Visa Platinum” kart sahiblərinə eksklüziv təkliflər elan edir. Belə ki, premium Visa kartınızla növbəti müəssisələrdə ödəniş etdikdə xüsusi endirimlərdən yararlana bilərsiniz.

Hər növdə məişət texnikası təklif olunan “Optimal Electronics” mağazalar şəbəkəsində alış-veriş etdikdə Visa Gold və ya Visa Platinum plastik kartınızla ödəniş zamanı sizi 20% güzəşt gözləyir.

Expressbank-ın zövqlə geyinməyi sevən premium Visa kart sahibləri dəbdəbəli Mybrands geyim mağazalar şəbəkəsində 15% endirim əldə edə bilərlər. Üslubu ilə daima seçilməyi sevənlər bu xoş fürsətdən mütləq istifadə edəcəklər.

Sərfəli alış-verişdən sonra sakit və rahat məkanda dincəlmək və nahar etmək arzusuna düşənlərə isə “Xalça restaurant & lounge” restoranında 15% endirim təklif olunur. Möhtəşəm əhval ruhiyyə, ləziz yeməklər, yüksək xidmət – bundan gözəl nə ola bilər?!

Kino həvəskarlarına da şad xəbərimiz var! Sizi “Park Cinema” kinoteatrlar şəbəkəsində 7.5% güzəşt sevindirəcək. Ailəniz və dostlarınızla birlikdə maraqlı filmlərin seyrindən zövq almaq istəyirsinizsə seçiminiz “Park Cinema” kinoteatrları olmalıdır.

Daima cazibədar, təravətli və baxımlı olmaq istəyən xanımlarımızı “Beauttech” gözəllik salonlarında 10% endirim gözləyir. “Beauttech” ustalarının müştərilərə göstərdikləri yüksək keyfiyyətli xidmət gözəlliyinizə gözəllik qatacaq.

Bundan əlavə, Expressclub xidməti sayəsində Expressbank – ın plastik kartları vasitəsi ilə nağdsız ödənişlər həyata keçirərkən bu və daha çox tərəfdaş müəssisələrində xərclədiyiniz vəsaitin 20%-dək hissəsini kartınıza geri alacaqsınız.

Qeyd edək ki, Visa Gold / MasterCard Gold kart hesablarına 400 AZN, Visa Platinum / MasterCard Platinum kart hesablarına isə 800 AZN ilkin mədaxil etdikdə bu kartlar Expressbank tərəfindən müştərilərə ödənişsiz əsasda təklif olunur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə və Expressclub xidməti sayəsində xərclədiyi məbləğdən gəlir qazana bilər.

Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!

Daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir