Search
Merkezi_bank490

“Yenidənmaliyyələşdirmə”nin həcmi artıb

Mərkəzi Bank kommersiya banklarına 3-5%-lə 6,3 milyard manatlıq kredit verib.

Mart ayının 1-nə Mərkəzi Bankın yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi 6 milyard 277,7 milyon manat təşkil edib. Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 2 dəfəyə yaxın çoxdur. 01 Mart 2015-ci il tarixində yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi 3 milyard 229,2 milyon manat idi.

Fevral ayında yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi 68,5 milyon manat artıb.

Mərkəzi Bank Yanvarda kommersiya banklarına krediti 3%-lə, Fevralda isə 5%-lə ayırıb. Ötən il isə faizlər 3,5 və 3% təşkil edib.

Yenidənmaliyyələşmə – Mərkəzi Bank tərəfindən digər kommersiya banklarının kreditlə təmin edilməsidir. Mərkəzi Banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırırlar.

Mənbə: “Marja”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir