Search
millikart_240513_01

“MilliKart”da icraçı direktor təyinatı

“MilliKart” prosessinq mərkəzinə yeni rəhbər təyin olunub. 

Elnur Məmmədov mərkəzin icraçı direktoru olub.

O, aprelin 8-dən vəzifəsinin icrasına başlayıb. Buna qədər isə E. Məmmədov “MilliKart”ın Strateji inkişaf və marketinq departamentinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, E. Məmmədovdan əvvəl “MilliKart”ın icraçı direktoru Cəlal Orucov olub. Cəlal Orucov bankın texnologiyalar üzrə direktoru vəzifəsinə təyinat alıb. C. Orucovdan öncə bu vəzifəni Asif Nəzərov tutub.

Hal-hazırda “MilliKart” MMC-də 13 bank xidmət olunur. Həmin banklar tərəfindən 170 000-dən artıq ödəniş kartları emissiya edilmiş, 300-dən artıq bankomat və 3 000-dən artıq POS-terminal quraşdırılmışdır.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir