Search
Cement_plant

Yeni sement zavodları ölkəyə hər il ən azı 100 milyon dollar qazandırır

Azərbaycana sement idxalı ayba-ay azalır.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə 2015-ci ilin Yanvar-Fevral aylarında ölkəmizə 1,6 milyon dollarlıq sement idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,5% azdır. 2015-ci ilin 2 ayında ölkəmizə 3,3 milyon dollarlıq sement idxal olunmuşdu.

Müqayisə üçün qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycana ayda orta hesabla 10 milyon dollarlıq sement idxal olunurdu.

Azərbaycana ən çox sement 2013-cü il ərzində idxal olunub: 152,7 milyon dollarlıq. 2014-cü ildə sement idxalı 30% azalaraq 106,6 milyon dollara, 2015-ci ildə isə 72% azalaraq 29,5 milyon dollara düşüb.

İdxalın azalmasının səbəbi Azərbaycanda yeni sement zavodlarının işə düşməsidir. Son illər ölkəmizdə 3 yeni sement zavodu (Norm, Akkord və Naxçıvan Sement) istifadəyə verilmişdir. Həmçinin, Holcim (Azərbaycan) yeni sobasını işə salmışdır. Yeni sement zavodlarının işə düşməsi, bir il ərzində ən azı 100 milyon dollar valyutanın ölkədən çıxmasının qarşısını alıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir