Search
14589220571557355236_554x360

Azərbaycan banklarının beynəlxalq reytinqləri

Beynəlxalq reytinqlərin olması bankların xarici investorlardan maliyyə cəlb etməsi baxımından çox önəmlidir. Əgər hər hansı bir Avropa ölkəsində reytinqin yüksəkliyi investor üçün meyar hesab olunursa, Azərbaycanda bankın beynəlxalq reytinqinin olmasının özü belə göstərici sayılır, yəni ən azından bank hər hansı bir neytral, bitərəf qurum tərəfindən qiymətləndirilir. Amma yenə də reytinqin yüksək və ya aşağı olması əhəmiyyətlidir. Qeyd edək ki, ötən illərdə araşdırmaya daxil olan banklardan yalnız “Bank Technique” bu il siyahıdan kənarda qalıb, səbəb isə bankın lisenziyasının alınmasıdır. Yəni reytinqin olması bankın iflas olmayacağı anlamına gəlmir, amma reytinqləri izləsəniz, hansı bankın bu təhlükə ilə üzləşdiyinindən agah ola bilərsiniz. Təəssüf ki, sektordakı bankların əksəriyyətinin ümumiyyətlə reytinqi yoxdur.

Əgər ilk devalvasiyadan sonra bankların reytinq proqnozları pozitivdən stabilə endirilmişdirsə, ikinci devalvasiya və ya daha dəqiq desək, Mərkəzi Bankı manatı üzən məzənnə rejiminə keçirməsi bankların reytinqlərinin stabildən neqativə dəyişməsi ilə nəticələndi. Reytinləqin proqnozlarının dəyişməsinin əsas səbəbi kimi, neftin qiymətinin ucuzlaşması, iqtisadiyyatın neftdən asılılığı, manatın ucuzlaşması nəticəsində, aktivlərin ölçülmüş risk dərəcəsinin artması, bankların xarici borclanma əmsalının yüksəlməsini göstərmək olar, ümumilikdə Azərbaycanın suveren reytinq proqnozunun dəyişməsi də buna təsir edir. Xatırladaq ki, bir qayda olaraq, bir ölkə ərazisində yerləşən qurumun reytinqi həmin ölkənin suveren reytinqindən yüksək olmur.

reytinq

Məsələn Fitch 26 Fevral, 2016-cı ildə Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini ‘BBB-‘. səviyyəsindən ‘BB+’-ə endirib, kredit proqnozu isə neqativdir.

Beləliklə bu keçən 3 aydan bir az çox müddət ərzində reytinq agentlikləri banklarımızın proqnozlarını neqativ gözləməyə keçirtdilər.

Cədvəldə bankların ən son reytinqlərini izləyə bilərsiniz (Eyni bir bankın bir neçə agentlik tərəfindən qiymətləndirilməsi də cədvəldə nəzərə alınıb).

Ad Kateqoriya LT reytinq İDR ST reytinq İDR Tarix Proqnoz
AccessBank (FR) Korporativ BBB- F3 21 Sentyabr 2015 Stabil
Beynəlxalq Bank (FR) Korporativ BB B 24 Dekabr 2015 RWP
Beynəlxalq Bank (Moodys) Korporativ Ba3 b3 21 Yanvar 2016 Stabil
Kapital Bank (FR) Korporativ BB- B 21 Sentyabr 2015 Stabil
Kapital Bank (Moodys) Korporativ Ba3 B1 21 Yanvar 2016 Neqativ
Kapital Bank (S&P) Korporativ BB- B 17 Fevral 2016 Neqativ
Pasha Bank (FR) Korporativ BB- B+ 21 Sentyabr 2015 Stabil
Pasha Bank (S&P) Korporativ BB- B 17 Fevral 2016 Neqativ
Unibank (FR) Korporativ B B 24 Dekabr 2015 Neqativ
Unibank (Moodys) Korporativ B3 b3 21 Yanvar 2016 Neqativ
Expressbank (FR) Korporativ B B 21 Sentyabr 2015 Stabil
DəmirBank (FR) Korporativ B B 24 Dekabr 2015 RWN
Xalq Bank (Moodys) Korporativ B2 b3 21 Yanvar 2016 Neqativ
VTB Bank Azerbaijan (Moodys) Korporativ B2 caa1/b2 21 Yanvar 2016 Neqativ
Bank Respublika (Moodys) Korporativ B2 b2 21 Yanvar 2016 Neqativ
Bank of Baku (Moodys) Korporativ B3 b3 21 Yanvar 2016 Neqativ
Atabank (FR) Korporativ B- B 24 Dekabr 2015 RWN
Muğanbank  (S&P) Korporativ B- C 21 Yanvar 2016 Neqativ
AG Bank (FR) Korporativ CCC C 10 mart 2015 RWN

LT  IDR =  Xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (EDR)

ST IDR = Xarici valyutada qısamüddətli emitentin defolt reytinqi (EDR)

RWP – Reytinq pozitiv görünür

RWN – Reytinq neqativ görünür

Qeyd etmək istərdik ki, Kapital Bank ötən ilin dekabrında Fitch agentliyinin xidmətindən imtina edib, bu o deməkdir ki, daha agentliyin açıqlamalarında bankın adını görməyəcəyik.

Hər bir bankın reytinqinin salınma səbəbinə ayrıca toxunmaq olar, amma bankların çoxluğunu və üç agentlik tərəfindən qiymətləndirildiyini nəzərə alıb bunu etmirəm.

Hər bir bankın reytinq göstəriciləri ilə daha ətraflı tanış ola bilərsiniz:

Fitch tərəfindən təqdim olunanlar

Beynəlxalq Bank:

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): ‘BB’ səviyyəsində təsdiq edilib.
  • Reytinq üzrə proqnoz: RWP(Proqnoz pozitiv görünür)
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: ‘b-‘ səviyyəsində təsdiq edilib, RWP saxlanılıb
  • Dəstəklənmə reytinqi: ‘3’ səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: ‘BB’ səviyyəsində təsdiq edilib. RWP qalmaqdaıdr

AccessBank:

  • Uzunmüddətli  reytinq, xarici valyutada (LT  IDR): ‘BBB-‘də təsdiq olunub
  • Reytinq üzrə proqnoz: Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘F3’-də təsdiq olunub
  • Dayanaqlıq reytinqi: ‘bb-‘ səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: ‘2’-də təsdiq edilib

Kapital Bank

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B+’ səviyyəsindən ‘BB-‘yə yüksəldilib
  • Reytinq üzrə proqnoz: Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: ‘b’ səviyyəsindən ‘b+’ə yüksəldilib
  • Dəstəklənmə reytinqi: ‘4’ səviyyəsindən ‘3’ə yüksəldilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: ‘B+’ səviyyəsindən ‘BB-‘yə keçirilib

Paşa Bank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B+’ səviyyəsindən ’BB-‘yə yüksəldilib;
  • Reytinq üzrə proqnoz Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: ‘b+’ səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsindən ‘3’ə yüksəldilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: ‘BB-‘ səviyyəsindən “No floor” səviyyəsinə keçirilib

Expressbank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz Stabil
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: ‘b’ səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub

Unibank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Reytinq üzrə proqnoz:   Stabildən Neqativə endirilib.
  • Qısa-müddətli reytinq, xarici valyutada(ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: ‘b’ səviyyəsində təsdiq edilib
  • Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub

DəmirBank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B’ səviyyəsindədir. RWN-ə keçirilib
  • Reytinq üzrə proqnoz: Proqnoz neqativ görünür
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’, (RWN-ə keçirilib)
  • Dayanaqlıq reytinqi: ‘b’ (RWN-ə keçirilib)
  • Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub

Atabank:

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘B-‘ səviyyəsindədir. RWN-ə keçirilib
  • Reytinq üzrə proqnoz: Proqnoz neqativ görünür
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsində təsdiq edilib
  • Dayanaqlıq reytinqi: ‘b-‘ (RWN-ə keçirilib)
  • Dəstəklənmə reytinqi: ‘5’ səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub

AGBank

  • Uzunmüddətli reytinq, xarici valyutada (LT IDR): ‘CCC’ səviyyəsindədir, RWN-nə keçirilib
  • Reytinq üzrə proqnoz: Proqnoz neqativ görünür
  • Qısa-müddətli reytinq, xarici valyutada (ST IDR): ‘B’ səviyyəsindən RWN-nə endirilib
  • Dayanaqlıq reytinqi: ‘b-‘ səviyyəsindən RWN-nə keçirilib
  • Dəstəklənmə reytinqi: ‘5’səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli EDR üzrə dəstək reytinqi: “No floor” səviyyəsində təsdiq olunub

Moody’s tərəfindən verilən reytinqlər

Xalq Bank (Moody’s İnvestors Service)

  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b3-də təsdiq olunub
  • Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-də təsdiq olunub
  • Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B1-də təsdiq edilib
  • Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
  • Proqnoz Stabildən neqativə dəyişdirilib

Bank of Baku (Moody’s İnvestors Service)

  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b1-dən b3-ə endirilib
  • Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B1-dən B3-ə endirilib
  • Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B2-dən Ba3-ə salınıb
  • Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
  • Proqnoz neqativ qalmaqdadır

Bank Respublika (Moody’s İnvestors Service)

  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b2-də təsdiq olunub
  • Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-də təsdiq olunub
  • Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B1 səviyyəsində təsdiq olunub
  • Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
  • Proqnoz Stabildən neqativə dəyişdirilib

Bank VTB Azərbaycan (Moody’s İnvestors Service)

  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b2/b1 səviyyəsindən caa1/b2-ə endirilib
  • Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-dən B1-ə endirilib
  • Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi Ba3-dən B1 -ə endirilib
  • Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
  • Proqnoz neqativ qalmaqdadır

Kapital Bank (Moody’s İnvestors Service)

  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b1-də təsdiq olunub
  • Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi Ba3-də təsdiq olunub
  • Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi Ba2-də təsdiq edilib
  • Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
  • Proqnoz Stabildən neqativə dəyişdirilib

Unibank (Moody’s İnvestors Service)

  • Kredit qabiliyyətinin qiymətləndirilməsi ( BCA) b2-dən b3-ə endirilib
  • Uzunmüddətli milli və xarici valyutada əmanət reytinqi B2-dən B3-ə salınıb
  • Qısamüddətli milli və xarici valyutada əmanət reytinqi NP (Not Prime) səviyyəsində təsdiq edilib
  • Uzunmüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi B1-dən B2-yə salınıb
  • Qısamüddətli qarşı tərəfin risk qabiliyyətinin dəyərləndirilməsi NP-də təsdiq olunub
  • Proqnoz Stabildən neqativə dəyişdirilib

Reytinqlərin açıqlaması ilə aşağıda tanış ola bilərsiniz:

kredit reytinqi

Müəllif: Könül Soltanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir