Search
fexri-aqayev

Fəxri Ağayev: “Azərbaycanda böhran devalvasiya ilə başlamadı” – MÜSAHİBƏ

Dəqiq bildiyim 4 biznes.

1. Böyük idman mərkəzi. Aylardır əməkdaşlarının maaşı ödənilmir. Bina bərbad vəziyyətdədir. Çox az adam gəlir artıq mərkəzə. Öncələri günə 180 nəfər gəldiyi halda indi maksimum 30 nəfər gəlir. Mərkəz maliyyə cəhətdən qətiyyən effektiv deyil. Mərkəzin sahibi cibindən xərcləri ödəməyi imtina etdiyi andan etibarən mərkəz fəaliyyətini durduracaq. Son 5 ildə bu idman mərkəzində ancaq hamamlarda olan pərdələr dəyişib.

2. Bakının ən məşhur və “brend” tibb mərkəzlərindən biri. 6 il öncə müraciət etdim ailəmlə – muhafizədə işləyən əməkdaş xanımıma qarşı kobudluq etdi. Mənim müdaxiləmə “ürəyin harda istiyirsə səninlə söhbət edərik” dedi. Məsələni böyütdüm, rəhbərliyə qədər məsələ çıxarıldı, dediklərinə görə cəzalandırıldı. Bir həftə öncə bir dostumun işinə görə orada idim – həmin əməkdaş hələ də orda işləyir, hələ də lovğa lovğa ortalıqda gəzir və küçə səviyyəsində söhbətlər edir.
 3. Ölkənin ən məşhur xarici brendlərindən biri. Satıcıların səviyyəsi sıfır.  Satıcılarının peşəkarlığını mənə tərifləyən şirkət sahibinə 5 il öncə demişdim : “Sizin satıcılar satmır, müştəri alır. Müştəri davranışları biraz dəyişdiyi anda çökəcəksiniz”. İndi çökürlər. Çökməlidirlər də.
 4. Böhrandan öncə xarici bir iş adamı ilə görüşdüm. Dövriyyələri çöx böyük idi. Müştəri xidmətləri, müştəri bazası, marketinq, reklam, komandanın inkişafı, idarəçilik sistemi kimi mövzularda danışdıq. Sadəcə danışdıq. Adam bütün bunlara lazımsız pul tələləri kim baxdı. İndi şirkət sürünür. Xərclərini belə ödəyə bilmir.
Onlarla belə şirkətləri şəxsən tanıyıram. 
Hər zaman demişəm – Azərbaycanda böhran devalvasiya ilə başlamadı.  Bizim ölkədə böhran uzun zamandır başlayıb, sadəcə bizim gözlərimizi neftdən gələn gəlirlər tutduğuna görə heç nəyi görmürdük.
Neftdən gələn böyük gəlirlər iqtisadiyyatda və biznesdə “ağrıkəsici” rolunu daşıyırdı və məhs buna görə də bütün bizneslər özlərini müvəffəqiyyətli hesab edirdi. Ağrı kəsici bitdiyi andan etibarən sancılarımızın real gücünü hiss etməyə başladıq.
Bu gün olan böhran ümumilikdə bütün cəmiyyətimiz üçün və xüsusiyyətlə də biznesimiz üçün möhkəmlik sınaqıdır. Rahat gəlir əldə etdiyi illərdə HR, Marketinq, Reklam, Müştəri xidmətlərinə diqqət etməyən və özünü bunlardan üstün görən işadamlarımız imtahanı keçməyəcəklər.
İşin digər maraqlı tərəfi odur ki, illərlə oturduğu yerdə pul qazanmağa öyrəşən əməkdaşları da alovlandırmaq və canlandırmaq mümkün deyil. Mən bir şirkətin rəhbərinə “sənin 40 nəfər işçin yoxdur” demişəm – “burada 40 ədəd canlı var”. Səbəb : o şirkətdə maaş alan 40 nəfərdən HEÇ BİRİ müştərinin qapısını bir dəfə belə döyməmişdir.  
Bu bizneslər dağılmalıdır. İstehlakçını aldadan, ətrafına qohum əqrəbasını toplayan, müştərisinə qarşı kobud və ədalətli olmayan biznes dağılsın.
REAL işadamları ilə şəxsi söhbətlərimizdə daim müzakirə etdiyimz bir məsələ : REAL biznes mühitində bu holdinqlər, şirkət qrupları, meqa və hiper işadamları maksimum bir ilə çökəcəklər.
Həmin il 2016- cı ildir.
 
Mənbə: “Marja”



1 şərh “Fəxri Ağayev: “Azərbaycanda böhran devalvasiya ilə başlamadı” – MÜSAHİBƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir