Search
bank

Bank sektorunun aktivlərində azalma müşahidə edilib

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycanın bank sektorunun aktivləri 33 milyard 776,6 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 3,2% və yaxud 1 milyard 139,4 milyon manat azdır. Bununla belə, son 1 ildə isə ümumi bank aktivləri 36% artıb. Kəskin artım manatın 2 dəfə devalvasiyaya uğraması fonunda baş verib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir