Search
business-ranking-wallpaper_0

Yeni investor cəlb etməklə məcmu kapitalını artırdı

“Bank BTB” yeni investor cəlb etməklə məcmu kapitalını artırıb. Məlumata görə, “Bank BTB”nin səhmdarların fevralın 2-də keçirilmiş ümumi yığıncağının qərarına əsasən, ümumi dəyəri 8,5 milyon ABŞ dolları olan subordinasiya borc öhdəliklərinin (istiqrazlar) emissiyası qərara alınıb.

Bununla əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət olunub və subordinasiya borc öhdəliklərinin buraxılışı (istiqrazlar) fevralın 23-də qeydə alınıb. 17 Mart 2016-cı il tarixli (qeydiyyat № AZ2001009441) yekun hesabata əsasən istiqrazların buraxılışı yekunlaşıb.

Bununla da yeni investor (səhmdar) cəlb olunmaqla, “Bank BTB”-nin məcmu kapitalının məbləği artaraq 61 727 190 olub. Bu da 2015-ci ilin yekunu ilə müqayisədə 21% çoxdur.

Bununla belə, bank yeni səhmdarın kim olduğu açıqlamayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir