Search
images

Yaxşı liderin sirrləri

Vəzifəniz nə olursa olsun, liderlik xüsusiyyətləriniz karyeranızda böyük əhəmiyyət daşıyır. Ağıllı şirkətlər və işçilər, iş həyatında müvəffəqiyyətli qala bilmək üçün liderlik xüsusiyyətlərini inkişaf etdirmənin nə qədər əhəmiyyətli olduğunu dərk edirlər.

Yenilikçi olun. Yeniliklərə qarşı çıxsanız, iş həyatınızda müvəffəqiyyətli ola bilməzsiniz. Məsələn,yeni bir proyektə könüllü redaktor olun və dəyişmə üçün digər iş yoldaşlarınıza nümunə olun.

Duyğularınıza nəzarət edin. Ən yaxşı idarəçilər belə bəzən şəxsi problemlər yaşaya bilər. Bu kimi vəziyyətlərdə gerçək liderlər problemi öz içlərində həll etməyə, xüsusilə iş yerində bunu digər insanlara əks etdirməməyə çalışırlar. Əhəmiyyətli olan hamımızın zaman-zaman problemlər yaşaya biləcəyini qəbul etmək və bunu ən yaxşı şəkildə idarə edə bilməkdir.

Müsbət davranın. Başqalarına qarşı yalnız nəsə istədiyiniz zaman yaxşı davranmayın. Yaxşı davranmaq üçün yaxşı davranın və həyatınızın necə asanlaşdığını, işlərin necə sürətlə irəlilədiyini görün. Əks təqdirdə insanlar süni davrandığınızı anlayacaqlar.

Qiymətləndirin. İnsanların ən əhəmiyyətli ehtiyaclarından biri dəyərləndirilməkdir. Liderlik etdiyiniz insanlar da komandanıza etdikləri xeyirin dərk edilməsinə və qiymətləndirilməsə layiqdir. Onlara tez-tez təşəkkür etsəniz, müvəffəqiyyətlərini gördüyünüzü və komanda üçün əhəmiyyətli olduqlarını anlayacaqlar.

Həyəcan keçicidir. Həyəcan və ehtiras yoluxucudur. İşinizə qarşı nə qədər həyəcan hiss etsəniz,ətrafınızdakılar da bundan təsirlənib həyəcanınıza ortaq olacaqlar.

Güvənin. Yaxşı bir lider işçilərinə güvənər və cavabdehlik verər. İşin hər mərhələsində onlara nəzarət etməyi dayandırın, işin idarəsini onlara verin və nəticələri qiymətləndirin. Bu davranışınız və güvəniniz qarşısında işçilərin daha yaxşı bir performans göstərdiklərinə şahid olacaqsınız.

İşçiləri təəccübləndirin. İşçiləri hərəkətə keçirmək üçün onlara əhəmiyyət vermək və etdikləri iş üçün təqdir etməniz kafi deyil. Onlara gözlənilməz sürprizlər edərək enerjilərini artırın. Yaxşı bir lider gözlənilməz sürprizlər edərək işçilərini motivasiya etməyi və enerjisini artırmağı bilməlidir.

Kiçik hadisələrin gününüzü məhv etməsinə icazə verməyin. Tıxacda yaşadığınız gərginliyin, kiçik müzakirələrin əhvalınızı pozmasına, gününüzü məhv etməsinə icazə verməyin. Unutmayın, yaxşı bir lider duyğularını nəzarət altında tutmağı bacarır.

Çətin yollar zirvəyə çatdırar. Zirvəyə gedən yollar ümumiyyətlə çətinliklərlə doludur. Yeni mübarizələrlə və təcrübələrlə dolu olan bu çətin yollar sizə yeni şeylər öyrənmək, inkişaf və təcrübə sahənizi genişlətmək imkanı verir.

Düşmənlərinizi tərəfdaşınız edin. Sizi əhəmiyyətli mövzulardan uzaqlaşdıracaq, yolunuzu kəsəcək potensial düşmənlərinizi öz tərəfinizə çəkmək üçün problemin qaynağını tapın. Problemin sürətlə böyüyüb pisləşməsini istəmirsinizsə, vəziyyəti anladığınız anda hərəkətə keçməli və problemi həll etmək üçün addım atmalısınız.

İşçilərinizə qarşı dürüst olun. İşçilərinizlə şirkətin gizli məlumatları xaricində, gördüyünüz iş ,şirkətin vəziyyəti və hədəfləriylə əlaqədar mümkün olduqca çox məlumat paylaşmağa çalışın. Onlara qarşı dürüst olsanız, çətin zamanlarda belə yanınızda olub işlərin yoluna girməsi üçün səy göstərərlər. Bu, insanların içindəki müsbət enerjini ortaya çıxarmanıza köməkçi olacaq.

Müvəffəqiyyəti qeyd edin. Sizin üçün həqiqətən əhəmiyyətli olan bir mövzuda müvəffəqiyyət əldə etdinizsə, bunu qeyd etməyi unutmayın. Uğuru ailə və dostlarla qeyd etmək sizi gücləndirəcək, yeni mübarizələr və uğurlar üçün həvəsləndirəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir