Search
stres

İş stresini azaltmanın yolları

İş mühitindən hər şeyə nəzarət edə bilmirsinizsə, bu sizin gücsüz olmağınız mənasına gəlmir. Hətta qəliz vəziyyətdə ilişib qalsanız belə. İş şəraitindəki stresi azaltma yollarını tapmaq üçün, böyük dəyişikliklər etmək yaxud karyera məqsədlərini yenidən düşünmək lazım deyil, lakin bir şeyi hər zaman nəzarətiniz çərçivəsində saxlayın:

Sizin hissləriniz yoluxucudur və stress digərləri ilə əlaqənizin keyfiyyətinə təsir edir. Stressinizi nə qədər yaxşı idarə edə bilsəniz, ətrafınızdakılara o qədər müsbət təsir edəcəksiniz və digərlərinin də stresi sizə o qədər az mənfi təsir edəcək.

Ümumi stress səviyyənizi azaltmaq üçün müxtəlif addımlar vardır.
Birinci addım: İşdəki aşırı stress əlamətlərini müəyyən edin.

İşdə özünüzü bezgin hiss edərkən əzminizi itirirsiniz və əsəbi və ya qapalı biri ola bilərsiniz. Bu sizi işinizdə az məhsuldar və az təsirli edə bilər və işiniz sizə xeyirsiz görünə bilər. Əgər iş stresinin əlamətlərinə məhəl qoymursunuzsa bu daha böyük problemlərə yol aça bilər. İş məmnuniyyətindən əlavə, xroniki və gərgin stress fiziki və mənəvi sağlamlıq problemlərə yol aça bilər.
İkinci addım: Özünüzün qayğınıza qalaraq stresinizi azaldın.

Özünə qayğı ümumi həyat tərzini dəyişmə tələb etmir. Hətta kiçik şeylər sizin əhvalınızı qaldıra bilər, enerjinizi artıra bilər. Bircə addım atın və tezliklə həm evdə, həm də işdə stresinizin azalmasının şahidi olacaqsınız.
Üçüncü addım: İşinizi planlamaqla stresinizi azaldın.

Öhdəliklərinizi planlayaraq iş stresinizi azaltmaq üçün təkliflər təqdim edirik:

Bərabərləşdirilmiş cədvəl qurun. Cədvəlinizi, öhdəliklərinizi və gündəlik tapşırıqlarınızı təhlil edin. İş və ailə həyatı, sosial fəaliyyət və gündəlik öhdəlikləriniz arasında balans yaradın.

Özünüzü çox yükləməyin. Hər şeyi ard-arda etməyi və ya çox işi bir günə salmağı tərgidin. Çox da vacib olmayan işləri siyahının sonuna gətirin və ya tamamilə ixtisar edin.

Səhər tez evdən çıxmağa çalışın. Hətta 10-15 dəqiqə gününüzü asanlaşdırmağa bəs edər. Gecikməklə stresinizi daha da artırmayın.

Müntəzəm fasilələr ayırın. Gün ərzində qısa gəzinti etməyi yaxud haradasa əyləşib beyninizi dincəltməyi də unutmayın. Həmçinin masanızdan və ya iş şəraitindən uzaqlaşıb nahar edin.
Dördüncü addım: Emosional zəkanızı inkişaf etdirərək iş stresini azaldın.

Emosional zəka hisslərinizi pozitiv yaradıcı yöndə istifadə etmək qabiliyyətidir. İşdə məmnuniyyət və uğur müzakirə mövzusu olduqda emosional zəka çox önəmli rol oynayır.

Emosional zəkanın işdə 4 əsas komponenti var:

Özünü maarifləndirmə-daxili hislərin istifadəsi zamanı emosiyalarını və onların təsirini tanıma qabiliyyəti

Özünü idarəetmə-emosiyalarını və davranışını idarə etmək qabiliyyəti və dəyişkən şəraitlərə öyrəşmə qabiliyyəti

Sosial maarifləndirmə-hiss etmək, başa düşmək və başqalarının emosiyalarına cavab verə bilmək və rahat ünsiyyəti hiss etmək qabiliyyəti

Əlaqə idarəetməsi-yaratmaq, təsir etmək, başqaları ilə əlaqə saxlamaq və münaqişələri idarə etmək qabiliyyəti
Beçinci addım: Müdirlərin iş stresini necə azaltdığını öyrənin

Müdirlərin maraqlarında olan ən böyük şey işdəki stresi minimuma endirməkdir. Müdirlər xüsusilə də yüksək stress hallarında bu məqalədə göstərilmiş üsullardan istifadə edərək müsbət rol oynaya bilər. Əgər gərgin iş şəraitində müdir özü təmkinli qala biliəsə, işçilər üçün bu daha asan olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir