Search
Gold Bank

Azərbaycanın bank sektorunun gəliri il ərzində 1,5 dəfə artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilin yanvar ayının yekunu üzrə bankların ümumi gəlirlərinin ziyanla işləyən bankların ümumi zərərindən 18,22 dəfə çox olduğunu qeydə alıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin hesabatında deyilir.

Hesabata əsasən, 38 bankın gəliri 51,92 milyon manat, 5 bankın zərəri isə 2,85 milyon manat təşkil edib ki, bu da bank sisteminə 49,07 milyon manat xalis gəlir qazanmağa imkan verib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar ayında gəlirlə işləyən bankların sayı 3 ədəd artıb, sektorun ümumi gəliri isə 51,9 faiz çoxalıb. Bununla belə, zərərlə işləyən bankların sayı 8-dən 5-dək enib, ümumi zərər isə 1,7 dəfə azalıb.

Qeyd edək ki, 38 bankın işinin yekunları üzrə müvafiq dövrdə əldə olunan bank sisteminin maksimum gəlir göstəricisi 2013-cü ilin noyabrında 346,89 milyon manat həcmində qeydə alınıb. Həmin ayda 334,16 milyon manat həcmində maksimum xalis gəlir əldə olunub.

Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilərin ödənilməsindən sonra) milyon manatla:

Dövrlər Gəlirlə işləyən bankların sayı Bank sisteminin ümumi gəliri (gəlirli banklar üzrə) Ziyanla işləyən bankların sayı Bank sisteminin ümumi zərəri (zərərlə işləyən banklar üzrə) Bankların əldə etdiyi yekun gəlir (+) və ya zərər (-)
01.02.2013 35 34,19 8 -4,93 29,26
01.02.2014 38 51,92 5 – 2,85 49,07

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir