Search
photo_29061

Yaponiya şirkətləri Rio Olimpiadası ilə əlaqədar yeni nəsil televizorların istehsalına başlayıb

Yaponiyanın elektron avadanlıq istehsalı ilə məşğul olan aparıcı şirkətləri bu ilin yayında Rio-de-Janeyroda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ərəfəsində artan tələbatı nəzərə alaraq yeni nəsil televizorların istehsalına başlayıb.

“Sharp” şirkəti gələn ay alıcılara yüksək dəqiqliyi ilə seçilən “4K” model televizorlar təqdim edəcək. Həmin televizorlar tamaşaçının üstünlük verdiyi proqramları təhlil edərək, onun baxmaq istədiyi kanalla bağlı tövsiyə verməyə qadir olan süni intellektlə təmin edilib.

“Sony” şirkəti isə “4K” görüntülü televizorları artıq mayda bazara buraxacaq. Bu televizorlar məsafədən idarəetmə pultunda yerləşdirilmiş mikrofon vasitəsilə istənilən proqramı səs komandası ilə tapmağa imkan verəcək.

 

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir