Search
unibank_191112_1

“Unibank”ın istiqrazlarının tədavül müddəti uzadıldı

“Unibank” KB ASC-nin İdarə Heyətinin 04 aprel 2016-cı il tarixli Qərarına əsasən 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 16 may 2016-cı il tarixinə qədər uzadılmışdır.

Bakı Fond Birjasından daxil olmuş məlumata görə, bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.12-ci və 1.13-cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilmiş və həmin dəyişikliklər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzərə alınmışdır.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir